Ucarda ev əşyaları ilə birlikdə tamamilə yandı VİDEO

17.09.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ucar rayonunun Qazqumlaq kəndində fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, kənd sakini Vüsal Ərziman oğlu Rüstəmova məxsus birmərtəbəli, üçotaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.
 

İlkin ehtimala görə, yanğına həyət ərazisində, tayada saxlanılan ot bağlamasının alışması səbəb olub. Alov daha sonra evə keçib. Hadisə nəticəsində həyətdə saxlanılan ümumilikdə 12 ton ot bağlaması da tamamilə yanıb.


Yanğın yerinə Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Alov söndürülüb, ətrafdakı evlərin yanğından mühafizəsi təmin edilib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью