Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, kəndlər işıqsız qalıb.
""Ölkə.az" "Report"a istinadla xəbər verir ki, hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.
Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transfarmatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Fakt araşdırılır.