Ucarda kanala yıxılan kişi öldü

18.04.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Ucarda kanaldan meyit tapılıb.

Lent.az-ın xəbərinə görə, rayonun Rəstəcə kənd sakini, 64 yaşlı Ələkbər Saleh oğlu Əliyevin meyiti kanaldan aşkarlanıb.

Meyit sudan çıxarılıb.

Mərhumun yaxınlarının dediyinə görə, Ə. Əliyev ruhi xəstə olub və ötən gün axşamdan yoxa çıxıb.

Meyit bu gün çoban tərəfindən su kanalında aşkar edilib.(APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью