Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var FOTO

04.11.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ucarda yol qəzası olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Laçın şəhər sakini, 1998-ci il təvəllüdlü T.Muradlının idarə etdiyi "Toyoto Corolla" markalı minik avtomobili idarəetmədən çıxaraq rayonun giriş hissəsində yol kənarında "Ucar rayonu" yazılmış lövhəyə çırpılıb. Nəticədə xəsarət alan sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью