Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Ucar rayonunda yol qəzası olub, xəsarət alan var.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının rayonun Küçəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elkin Sadıqovun idarə etdiyi “Toyota Prado ” markalı minik avtomobili Ucar sakini, 1958-ci il təvəllüdlü Zahirə Hüseynovanı vurub.
Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində xəsarət alan piyada Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.