Ucarda “Mercedes” aşıb VİDEO

09.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ucarda yoldan çıxan nəqliyyat vasitəsi aşıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi dekabrın 8-də Ucar rayonunun Bərgüşad kəndi ərazisində baş verib.

Rayon sakini Alı Əliyev idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarə etməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırmalar aparılır.

Seymur Əli



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью