Ucarda “Mercedes” aşıb VİDEO

09.12.2024

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Ucarda yoldan çıxan nəqliyyat vasitəsi aşıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi dekabrın 8-də Ucar rayonunun Bərgüşad kəndi ərazisində baş verib.

Rayon sakini Alı Əliyev idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarə etməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Araşdırmalar aparılır.

(unikal)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью