Ucarda minik avtomobilləri toqquşub, 6 nəfər xəsarət alıb

15.08.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ucarda yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, "Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub.
Nəticədə 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью