Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib.
Naməlum avtomobil yolu keçmək istəyən piyada – Qaradağlı kənd sakini, 1979-cu il təvəllüdlü Seymur Vaqif oğlu Səmədovu vurub.
Ağır xəsarətlər alan S.Səmədov hadisə yerində həyatını itirib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Zahid Abışov