Ucarda qadın sirkə turşusundan zəhərlənərək ölüb

09.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ucarda qadın sirkə turşusundan zəhərlənərək vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı 1986-cı il təvəllüdlü Vüsalə İmanova sirkə turşusundan zəhərlənib.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, vəfat edən Vüsalə İmanova Zərdab rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью