Ucarda Qaz31 yanıb VİDEO

09.01.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ucarda minik avtomobili yanıb.

Avtosfer.az-ın xəbərinə görə, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun rayonun Qaracallı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Şakir Nəsib oğlu Yusifovun idarə etdiyi "Qaz-31" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью