Icma.az, Avtosfer saytına istinadən bildirir.
Ucar rayonunun Bağırbəyli kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Avtosfer.az xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini T.Zülfüqarov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar ərazidə quru otlaq sahəsi yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.