Ucarda qəzada dünyasını dəyişmiş 36 yaşlı qadının FOTOSU

16.02.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Ucarda Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində ağır yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, baş vermiş ağır yol qəzası zamanı Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev dünyalarını dəyişiblər. 

Qeyd edək ki, yol qəzası zamanı 14 avtomobil toqquşub. 22 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. 

Ehtiram Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью