Ucarda sanitariyagigiyena qaydalarını pozan şəxslər barəsində tədbir görülüb

17.11.2024

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Bu barədə "Operativ Media"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью