Ucarda sanitariyagigiyena qaydalarını pozan şəxslər cəzalandırıldılar

17.11.2024

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью