Ucarda sanitariyagigiyena qaydalarını pozan şəxslərlə bağlı tədbir görüldü

17.11.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ucarda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

DİN Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью