Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində avtobus yanaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 12-də günorta saatlarında baş verib. Belə ki, “Neoplan Cityliner” markalı avtobus hərəkətdə olarkən qəfil alışıb. İlkin olaraq nəqliyyat vasitəsinin ön hissəsində başlayan yanğın qısa müddətdə avtobusun digər hissələrinə də yayılıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürərək alovun ətrafa yayılmasının qarşısını alıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtobus yararsız vəziyyətə düşüb.
İlkin ehtimala əsasən, yanğına avtobusun mühərrik bölməsində elektrik sistemində baş vermiş qısaqapanma səbəb olub.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227772.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler