Ucarda sürücü sükan arxasında öldü

06.06.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ucarda sürücü sükan arxasında ölüb. Onun vəzifəli şəxsin kürəkəni olduğu deyilir.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının rayonun Müsüslü yol dairəsi ərazisində qeydə alınıb.

Belə ki, "Kia" markalı minik avtomobilinin 1982-ci il təvəllüdlü sürücüsü Surxay Kərəm oğlu Nəcəfov sükan arxasında keçinib.

Qeyd edək ki, ölən şəxsin Gəncə şəhərində çalışan məmurun kürəkəni olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью