Ucarda Toyota qaz xəttinin üzərinə aşdı Xəsarət alanlar var FOTO

27.12.2024

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Ucarda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib.

"Toyota" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındaki qaz xəttinin üzərinə aşıb.

Nəticədə Zərdab rayon sakinləri, 1993-cü il təvəllüdlü Ramin Ayaz oğlu Bədirxanlı və 1995- ci il təvəllüdlü İsa Akif oğlu Səhrablı ağır xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью