Ucarda yük avtomobili yanıb KONKRET

06.09.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

KONKRET.az xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.\\apa.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью