Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var FOTOLENT

13.04.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ucarda zəncirvari qəza olub, xəsarət alanlar var.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə gündüz saatlarında rayonun H. Əliyev prospektində baş verib.

Prospektdə hərəkətdə olan "VAZ- 2106", "VAZ- 2107" və "FORD" markalı avtomobillərin toqquşması nəticəsində Ucar rayon sakinləri- 1979- cu il təvəllüdlü Gülbəniz Eldar qızı Seyfullayeva, bacısı, 1972-ci il təvəllüdlü Aybəniz Eldar qızı Məmmədova, 1998- ci il təvəllüdlü Hüseyin Bəxtiyar oğlu Xəlilov və Göyçay rayon sakini, 1964- ci il təvəllüdlü İntiqam Kərim oğlu İsmayılov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью