Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ucar rayonu Qarabörk kəndindəki yaşayış məntəqəsində zibillik sahəsinin yaranması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə videoşikayət paylaşılıb.
Qeyd olunub ki, kəndin içindəki zibillik uzun müddətdir ki, təmizlənmir.
"Nəticədə tullantılar insanların istifadə etdiyi suya qarışaraq ciddi təhlükə yaradıb. Bu vəziyyət həm sağlamlıq, həm də ətraf mühit üçün böyük risk olsa da, buranı təmizləyən yoxdur", - deyə şikayətdə bildirilib.
Oxu.az-ın sorğusuna cavab olaraq Ucar rayonu 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov bildirib ki, artıq ərazi tullantılardan təmizlənib.
"Daxil olan müraciət əsasında sözügedən ərazi idarənin əməkdaşlarının nəzarəti altında Ucar rayonu, Qarabörk bələdiyyəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyəyə tapşırıq verilib", - deyə açıqlamada vurğulanıb.
Əzizə İsmayılova