Üçlüyün Ağ Evə girişinə qadağa götürüldü

25.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın administrasiyası CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ Evə girişinə yenidən icazə verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sözügedən media qurumları məlumat yayıb.

Məhkəmə həmin jurnalistlərin Ağ Evə girişinin 14 gün müddətinə bərpa olunmasına qərar vermişdi. Bununla belə, müxbirlər səhər saatlarında yenidən maneələrlə qarşılaşıblar. pizza hut

Media qurumlarının məhkəməyə müraciətindən sonra jurnalistlərin girişinə icazə verilib. CNN və "Politico" əməkdaşları da buraxılış vəsiqələrinin bərpa edildiyini təsdiqləyiblər.

Xatırladaq ki, Tramp sentyabrın 18-də 3 media qurumunun müxbirlərinin Ağ Evə girişini məhdudlaşdırmışdı. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью