Uçotda olan vergi ödəyicilərinin sayı açıqlandı

10.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı il sentyabr ayının 1-nə respublika üzrə uçotda olan 1 722 227 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 5,8 faiz artıb.

Sentyabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 212 668 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,6 faiz çoxdur.

2026-cı ilin avqust ayında 1114 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 85,4 faizi yerli investisiyalı, 14,6 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 79,7 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar – avqust aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,6 faiz təşkil edib.

2026-cı ilin sentyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,4 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью