Ucqar kənddən ABŞ ın nüfuzlu universitetinə

15.08.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Astaranın Şiyəkəran kəndindən olan Nurlan Dadaşov Dövlət Proqramının qalibi kimi dünya reytinqində 13-cü yerdə qərarlaşan ABŞ-ın nüfuzlu Berkli Kaliforniya Universitetinə qəbul olunub.

Bakupost.az xəbər verir ki, o, universitetdə “Hüquq” ixtisası üzrə magistratura təhsili alacaq.

2021-ci ildə keçirilən qəbul imtahanlarında 646 bal toplayan Nurlan Dadaşov, BDU-nun SABAH qruplarında “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr təhsilini 96.72 ÜOMG ilə bitirib. O, həmçinin IELTS imtahanından 7.0 nəticə əldə edib.

Nurlan Dadaşovu təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью