Ucqar rayonlarda HİV ə qarşı maarifləndirmə işləri uğurla davam edir

14.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fondla əməkdaşlıq çərçivəsində Beyləqan, İmişli, Saatlı, Sabirabad, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonlarında risk qrupları arasında HİV-ə qarşı maarifləndirmə işlərini uğurla davam etdirir.

Narkotik vasitələrdən istifadə edən şəxslər arasında HİV infeksiyasının yayılmasının qarşısının alınması, sağlamlıqla bağlı məlumatlılığın artırılması və riskli davranışların azaldılması məqsədilə Beyləqan, İmişli, Saatlı, Sabirabad, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonlarında maarifləndirmə tədbirləri həyata keçirilir.

Tədbirlər çərçivəsində narkotik istifadə edən şəxslərə HİV infeksiyasının ötürülmə yolları, infeksiyadan qorunma üsulları, vaxtında testdən keçməyin əhəmiyyəti və sağlamlığın qorunması ilə bağlı məlumatlar təqdim olunur. Maarifləndirmə işlərinin əsas məqsədlərindən biri HİV-lə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılması və risk qruplarına daxil olan şəxslərin səhiyyə və sosial xidmətlərə müraciət etməsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində iştirakçılara fərdi məsləhətlər verilir, HİV və digər qan və cinsi yolla ötürülən infeksiyalar barədə məlumatlandırma aparılır. Eyni zamanda, inyeksiya yolu ilə narkotik istifadə edən şəxslər arasında infeksiyaların yayılma riskinin azaldılması məqsədilə profilaktik yanaşmalar haqqında məlumat verilir və təhlükəsiz davranışın əhəmiyyəti izah edilir. Təşkilat hesab edir ki, HİV-in qarşısının alınmasında yalnız tibbi tədbirlər deyil, həm də düzgün maarifləndirmə, erkən diaqnostika, sosial dəstək və insanlara ayrı-seçkilik və damğalanmadan yanaşılması mühüm əhəmiyyət daşıyır.

Xüsusilə regionlarda bu istiqamətdə aparılan maarifləndirmə fəaliyyətləri insanların HİV haqqında düzgün və etibarlı məlumat əldə etməsinə, riskləri daha yaxşı anlamasına və zəruri hallarda müvafiq xidmətlərə vaxtında müraciət etməsinə kömək edir.

Maarifləndirmə kampaniyasının əsas mesajı: HİV haqqında məlumatlı olmaq, vaxtında testdən keçmək və profilaktik tədbirlərə əməl etmək infeksiyanın yayılmasının qarşısının alınmasında mühüm addımlardır.

Layihə çərçivəsində fəaliyyətlərin Beyləqan, İmişli, Saatlı, Sabirabad, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax rayonlarında davam etdirilməsi nəzərdə tutulur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью