Üçqat NBA çempionu və məşhur şərhçi vəfat etdi

09.06.2026

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üçqat NBA çempionu və məşhur şərhçi vəfat etdi

Basketbol dünyası dərin bir itki ilə üzləşdi: adını Çikaqo Bulls tarixinə əbədi həkk etmiş üçqat NBA çempionu vəfat etdi.
Keçmiş Çikaqo Bulls basketbolçusu Steysi Kinq 59 yaşında vəfat etdi.
Qeyd olunur ki, Kinq karyerası ərzində - 1991, 1992 və 1993-cü illərdə - Bulls ilə üç çempionluq qazanıb.

Beləliklə, o, Maykl Cordan və Skott Pippen ilə birlikdə komandanın ilk çempionluq sülaləsinin bir hissəsinə çevrildi. O, həmçinin Minnesota, Boston, Mayami və Dallasda da oynayıb.

Oyunçuluqdan təqaüdə çıxdıqdan sonra King məşqçi kimi çalışıb və 2001-02 mövsümündə Rockford Lightning ilə Kontinental Basketbol Assosiasiyasının finalına çıxıb.

Daha sonra televiziyada çalışıb və Çikaqonun ən məşhur şərhçilərindən biri olub.

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью