Üçqat olimpiya çempionu 15 il həbs cəzası aldı

08.07.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Hokkey üzrə rusiyalı üçqat olimpiya çempionu Vladislav Tretyak və ağır çəkidə boks üzrə dünya çempionu Nikolay Valuyev Ukraynada həbs cəzasına məhkum ediliblər.

News24.az TASS-a istinadən xəbər verir ki, sabiq idmaçılarla bərabər Rusiyanın 11 məmuru da saxlanılıb.

Tretyak, Valuyev, Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov və daha 9 parlamentari, eləcə də Altay diyarının başçısı Aleksandr Prokopyev Ukraynanın ərazi bütövlüyünə qəsd maddəsi üzrə təqsirli bilinir.

Məhkəmənin hökmünə görə, onları 15 il azadlıqdan məhrumetmə və əmlaklarının tam müsadirəsi cəzası gözləyir

Qeyd edək ki, Vladislav Tretyak 2003-cü ildən, Nikolay Valuyev isə 2011-ci ildən Rusiya Dövlət Dumasının deputatıdırlar. Valuyev daha əvvəl Azərbaycanda persona non-qrata elan olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью