Üçqat olimpiya çempionu vəfat etdi

14.10.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın üçqat olimpiya çempionu Aleksandr Dityatin 69 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Keçmiş gimnast üçqat olimpiya çempionu olmaqla yanaşı, həm də dünya (7 dəfə) və Avropa çempionu (4 dəfə) adını qazanıb.

Qeyd edək ki, Aleksandr Dityatin 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya Oyunlarında 3 qızıl, 4 gümüş və 1 bürünc medal əldə edib. O, tarixdə bir yarışda 8 medal qazanan yeganə gimnastdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью