Üçtərəfli danışıqların vaxtı açıqlandı

27.10.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.

Tuskun sözlərinə görə, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilməsi gözlənilən görüşü ilkin olaraq noyabrın 4-nə planlaşdırılıb.

Xatırladaq ki, oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya, ABŞ və Ukrayna formatında təmasları bərpa etməyə hazır olduğunu bəyan edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da böhranın nizamlanması istiqamətində Moskva, Kiyev və Vaşinqton arasında növbəti müzakirə mərhələsinin Əbu-Dabidə keçirilə biləcəyini bildirib. O, görüşün noyabrın ilk ongünlüyündə təşkil oluna biləcəyini də qeyd edib.

Daha əvvəl Kreml sözçüsü Dmitri Peskov vurğulayıb ki, Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqların bərpası barədə qərar döyüş əməliyyatlarının dayandırılması demək deyil.(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью