Üçtərəfli görüş başa çatdı, sabah davam edəcəklər − Yenilənib

04.02.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üzrə danışıqların ilk günü Əbu-Dabidə başa çatdı.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 5 fevral səhəri danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə qapalı qapılar arxasında keçirilib. ABŞ dövlət katibi Marko Rubio sülh planında həll olunmamış yeganə məsələnin ərazi məsələsi olduğunu bildirib. Volodimir Zelenski ərazi məsələsinin yalnız Vladimir Putinlə şəxsi görüş yolu ilə həll edilə biləcəyini qeyd edib.
***15:29
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna danışıqlar heyətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb.
“Danışıqlar prosesi üçtərəfli formatda başlayıb: Ukrayna, ABŞ və Rusiya. Daha sonra istiqamətlərə uyğun olaraq ayrı-ayrı qruplarda iş və mövqelərin ikiqat sinxronlaşdırılması planlaşdırılır”, - deyə o bildirib.
Bu məlumatı Rusiyanın dövlətə məxsus TASS agentliyindəki mənbə də təsdiqləyib.
“Danışıqlar başlanılmış hesab edilə bilər, müxtəlif istiqamətlər və formatlar olacaq. Mətbuatın iştirakı planlaşdırılmır”, - agentliyin həmsöhbəti deyib.
Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir. Amerika tərəfini Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner təmsil edir. Ukraynanı danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Prezident Administrasiyasının rəhbəri (əvvəllər Baş Kəşfiyyat İdarəsinin rəisi) Kirill Budanov təmsil edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью