Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edir.
Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.