Üçtərəfli görüş bu tarixdə keçirilə bilər Zelenskidən açıqlama

25.09.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Bu ilin dekabrında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında potensial üçtərəfli görüş baş tuta bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Hesab edirəm ki, bu, real nəticələri olan üçtərəfli görüş üçün real fürsətdir”, - Zelenski qeyd edib.
Ukrayna Prezidentinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın, Avropa, Çin və Yaxın Şərq ölkələrinin nümayəndələrinin iştirakı məhsuldar görüş üçün ilkin şərtlər yarada bilər.
“Ukrayna belə bir formatın tətbiq olunacağı və müvafiq razılaşma əldə ediləcəyi təqdirdə onu mütləq dəstəkləyəcək”, - deyə o bildirib.
Qeyd edək ki, G20 sammiti dekabrın 14-15-də Mayamidə təşkil ediləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью