Üçtərəfli hava təlimi başlayıb

19.03.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sinqapur, Tailand və ABŞ Hərbi Hava Qüvvələrinin təşkil etdiyi “Cope Tiger” adlı 31-ci üçtərəfli təlim başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Sinqapur Hərbi Hava Qüvvələrindən verilən açıqlamada ilk raundu 2024-cü ildə Sinqapurda keçirilən 31-ci “Cope Tiger” təliminə bu il 17-28 mart tarixlərində Tailandın ev sahibliyi etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Sinqapur, Tailand və ABŞ Hərbi Hava Qüvvələrinin iştirakı ilə təşkil olunan 31-ci üçtərəfli təlimin məqsədi hava hücumundan müdafiə sahəsində əməliyyat imkanlarının təkmilləşdirilməsi olub.

Bildirilib ki, təlim çərçivəsində əsgərlər 2 gün ərzində sosial maarifləndirmə layihələrində də iştirak edəcəklər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью