Üçtərəfli müdafiə sazişi imzalayacaqlar

07.08.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. 

İmzalanma mərasiminin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacağı bildirilir. 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfər edib. Səfər çərçivəsində onun krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşəcəyi gözlənilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью