Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında müharibəyə son qoymaq məqsədi daşıyan üçtərəfli danışıqların ikinci günü başlayıb.
Turkustan.az xəbər verir ki, Rusiya mediasının verdiyi məlumata görə, nümayəndə heyətləri İkinci Dünya Müharibəsindən bəri Avropada baş verən ən böyük münaqişəyə həll yolu tapmaq üçün dünən start götürən görüşləri davam etdirirlər.
Danışıqlarda Rusiya heyətinə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski, Ukrayna heyətinə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, ABŞ heyətinə isə xüsusi nümayəndələr Stiv Vitkov və Cared Kuşner rəhbərlik edir.
Aytən Yaşar/ Turkustan.az