Üçüncü dəfə evləndi

16.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müğənni və aktyor Kutsi üçüncü dəfə ailə həyatı qurub.

“Yeni Sabah” xəbər verir ki, sənətçi bir müddətdir münasibətdə olduğu Sevda Sönmezlə nikah masasına oturub.

Ailə üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasim sadə şəkildə təşkil olunub. Cütlüyün nikah şahidi isə AK Partiya İstanbul millət vəkili Serkan Bayram olub. Bakıda online alış-veriş

Qeyd edək ki, əsl adı Ahmet Kutsi Karadoğan olan müğənni 2008-ci ildə Sinem Bayraktutarla evlənib. Cütlük 2015-ci ildə boşanıb. O, 10 mart 2021-ci ildə isə Sibel Ülkerlə Gaziantepdə ailə həyatı qurub. Sevda Sönmezlə evliliyi sənətçinin üçüncü nikahı olub.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью