Üçüncü dəfə həbs olunmağa halım yoxdur Əvəz Zeynallı (VİDEO) | Icma.az
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xərçəng xəstəliyi ilə mübarizə aparan, bir müddət əvvəl həbsdən azad edilən jurnalist Əvəz Zeynallı son durumundan və müalicə prosesindən danışıb.
"Unikal" xəbər verir ki, o, mətbuata qayıdıb-qayıtmayacağı ilə bağlı sualı da cavablandırıb: "İlk işim həyat uğrunda bu mübarizəni qazanmaqdır.
Ömrümün əhəmiyyətli bir hissəsini yaşamışam. Mən mətbuatdan kənarda qala bilmərəm. Dövlətimizin qərarı önəmlidir.
Əgər Azərbaycan dövləti tənqidi mətbuatın yaşamasında maraqlıdırsa, təbii ki, mətbuatda qalacağam.
Üçüncü dəfə həbs olunmağa isə halım yoxdur. Heç ikinci dəfə həbs olunmağa halım yox idi", - deyə o qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu