Üçüncü dəfə prezidentliyə namizəd olmayacağını açıqladı

01.11.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp qanunvericiliyin ona yenidən dövlət başçısı postuna namizəd olmağa imkan vermədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “The New York Post” nəşrinə müsahibəsində danışıb.

“İmkanım olsaydı, məmnuniyyətlə namizədliyimi irəli sürərdim. Amma qanunun müddəaları çox aydındır”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident seçilməsini iki müddətlə məhdudlaşdırır. Buna baxmayaraq, Tramp daha əvvəl üçüncü dəfə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini açıqlamışdı.

O, oktyabrda 2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığını iddia edərək üçüncü müddətə namizəd olmaq hüququnun olduğunu bildirmişdi. Avqustda isə “Truth Social” hesabında “Tramp 2028 – Amerikanı yenidən möhtəşəm edək” yazısı olan paylaşım etmişdi.

Xatırladaq ki, ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vens də 2028-ci il prezident seçkiləri ilə bağlı planlarından danışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью