Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir | Icma.az
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artdı.
Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik presedent yaratdı.
Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır.
Azərbaycan artıq öz haqlı mövqeyini yalnız beynəlxalq təşkilatlarda deyil, elə tarixi torpaqlarımızda, azad edilmiş şəhər və kəndlərimizdə dünya ictimaiyyətinə çatdırır: Prezident cənab İlham Əliyevin Forumda səsləndirdiyi hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi idi.
Azərbaycan lideri öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı.
Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın diplomatik fəlsəfəsini və xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi.
Tam oxu
Xəbəri oxu