Üçüncü Dünya müharibəsi EHTİMALI: “Rusiya cavabsız qalmayacaq” Yeni Çağ Media | Icma.az
Icma.az, Yenicag portalına istinadən məlumat yayır. “Rusiya-Ukrayna müharibəsinin miqyası bir qədər də genişlənib.
Bu da Rusiyanın hərbi ehtiyaclarından yaranan bir amildir”. Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Rusiya yeni müttəfiqlər axtarır: “Belə ki, Rusiya Şimali Koreya və Vyetnamla danışıqlar apararaq müxtəlif razılaşmalar əldə edir.
Təbii ki, bu razılaşmlar yeni texnikalar və canlı qüvvə ilə bağlıdır.
Rusiyanın bu addımı müharibənin miqyasını böyütməklə yanaşı, digər qonşu dövlətləri də müharibəyə sövq etməyə xidmət edir.
Hətta bu barədə Cənubi Koreya da müxtəlif addımlar atmaq istəyir, bu da öz növbəsində Ukrayna üçün böyük təhlükədir”.
Politoloq müharibənin gedişatında NATO və digər dövlətlərin rolundan da söhbət açıb: “Təbii ki, müharibədə müxtəlif dəyişikliklərin baş verməsi daha çox NATO və digər Qərb dövlətlərindən də asılıdır.
Çünki onlar Ukraynaya olan dəstəklərini daim göstərirlər. Digər bir tərəfdən, ABŞ-nin yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibə
Tam oxu
Xəbəri oxu