Üçüncü Dünya müharibəsi ehtimalı YAXINLAŞIR: “Rusiya yalnız Ukraynaya yox, NATO ölkələrinə…
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Hazırda dünyada baş verən proseslər həqiqətən də Üçüncü Dünya müharibəsinə istiqamətlənmiş kimi görünür.
Çünki Donald Tramp səlahiyyətlərinin icrasına başlayan kimi müharibəni dayandıracağına söz vermişdi və üstəlik də hələ heç səlahiyyətlərinin icrasına başlamamış seçkidəki qələbədən dərhal sonra Ukrayna savaşının dayandırılmasına yönəlmiş prosesi başlatmışdı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Siyasi təhlilçi ABŞ-nin Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərini hədəf alması ilə bağlı icazənin verilməsi haqqında yayılan informasiyaları şərh edib.
Analitikin fikrincə, artıq Vaşinqtonda Kremllə səhnəarxası danışıqların başladığı haqqında da məlumatlar mövcuddur: “Amma, təbii ki, Ukrayna savaşının dayandırılması dünyada bir çox qüvvələrə sərf etmir.
Məsələn, Bayden administrasiyasını hakimiyyətə gətirən ABŞ “dərin dövlət”inin bir qanadı müharibənin dayanmasını istəmir.
Bildiyiniz kimi, ABŞ-ni prezidentlər yox, onun “dərin dövlət”i idarə edir və həmin “dərin dövlət” də artəq parçalanıb.
Tam oxu
Xəbəri oxu