Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Serbiya Prezidenti Aleksandar Vuçiç üçüncü dünya müharibəsinin qaçılmaz olduğunu bildirib.
Modern.az xəbər verir ki, Vuçiç Avropanın silahlanmanı artırdığını və böyük münaqişəyə hazırlaşdığını deyib.
O, buna nümunə kimi Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall”ın mənfəətinin 17 dəfə artmasını, Skandinaviya ölkələri və Finlandiyanın böyük hərbi xərclərini göstərib.
Vuçiç baş verənləri Çexovun “səhnədəki tüfəng mütləq atəş açmalıdır” prinsipi ilə müqayisə edib.