Üçüncü Dünya müharibəsi xəbərdarlığı Ukrayna NATO üçün təhlükədir...

15.05.2025

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ukrayna NATO üçün təhlükə yaradır, çünki onun ərazisində davam edən silahlı münaqişə genişlənərək alyansla Rusiya arasında birbaşa toqquşmaya səbəb ola bilər".

Turkustan.az verir ki, bunu Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi sammitində iştirak edən Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

“Ukrayna hazırda təhlükə yaradır, çünki NATO və Rusiya Ukraynaya görə birbaşa qarşıdurmaya girərsə, bu, Üçüncü Dünya müharibəsinin başlanması demək olacaq”, - XİN rəhbəri bildirib.

Bununla bağlı o, NATO ölkələrini qırmızı xətlərini gücləndirməyə, Rusiya ilə qarşıdurmadan qaçacaq tədbirlər görməyə çağırıb: “Bir daha bəyan edirik ki, NATO və Rusiyanın bir-biri ilə birbaşa münaqişəyə girməsi qəbuledilməzdir”. /Teleqraf xəbər/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью