Üçüncü Dünya müharibəsinin astanasındayıq Lukaşenko

22.11.2024

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Biz Üçüncü Dünya müharibəsinin astanasındayıq”.

Sfera.az bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, bu barədə humanitar ali təhsil müəssisələrinin tələbələri ilə görüşündə danışıb. 

“Son vaxtlar çox danışırıq ki, Üçüncü Dünya müharibəsi başlamasın, olmasın. Lakin biz dəhşətli hadisə ərəfəsindəyik. Amma şükürlər olsun ki, bəşəriyyət hələ də Üçüncü Dünya müharibəsinə girməyib”, - Aleksandr Lukaşenko bildirib.

Bundan əlavə, Belarus prezidenti qeyd edib ki, əsl informasiya müharibəsi uzun müddətdir, davam edir. “Və bu, dünyanı idarə edir”, - o əlavə edib.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью