Üçüncü evliliyində xəyanətlə üzləşdi

04.02.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Türk Arabesk musiqisinin tanınmış siması Ferdi Tayfur ilə kino aktrisası Necla Nazırın qızı, müğənni Tuğçe Tayfur həyat yoldaşı Muhammet Aydından boşanır.

Ölkə.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, iddiaya görə, Tayfur ərinin ona bir neçə dəfə xəyanət etdiyini öyrənib və bununla bağlı boşanma davası qaldırıb.

Qeyd edək ki, daha əvvəl iki dəfə ailə həyatı qurub boşanan və üç uşaq anası olan Tuğçe Tayfur 2023-cü ildə Muhammet Aydınla evlənmişdi. Lakin müğənninin üçüncü evliliyində də xoşbəxtliyi tapa bilmədiyi bildirilir.

Müğənninin yazışmalar və fotoları sübut kimi məhkəmə işinə əlavə etdiyi qeyd olunur. Boşanma işi yaxın günlərdə məhkəmədə araşdırılacaq.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью