Üçüncü övladı olan ailələrə böyük dəstək planı açıqlandı

28.06.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması məqsədilə üçüncü və sonrakı uşaqların doğulmasına görə ailələrə minimum 1 milyon rubl məbləğində yeni dövlət dəstəyi göstərilməsi təklif olunub.

“Yeni Sabah” xəbər verir ki, təşəbbüs Rusiya İctimai Palatası tərəfindən hazırlanan təkliflər paketində yer alıb.

Sənədə əsasən, ölkədə mövcud olan analıq kapitalı proqramının yenilənməsi, ikinci uşağa görə verilən ödənişin artırılması və üçüncü, eləcə də sonrakı uşaqlar üçün ayrıca “çoxuşaqlı ailə kapitalı”nın tətbiqi təklif edilir. Yeni mexanizm çərçivəsində ailələrə minimum 1 milyon rubl ödənilməsi nəzərdə tutulur. Pepperoni pizza

Ekspertlər bildirirlər ki, analıq kapitalı proqramı tətbiq olunduğu ilk illərdə ölkədə əlavə 2,5–3 milyon uşağın dünyaya gəlməsinə töhfə verib. Onların fikrincə, yeni təşviq mexanizmi çoxuşaqlı ailələrin sayının artmasına və demoqrafik azalmanın qarşısının alınmasına müsbət təsir göstərə bilər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью