GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Bu gün Azərbaycandan Həcc ziyarətinə yollanan 135 zəvvar Məkkəyə çatıb.
Globalinfo.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Beləliklə Məkkədə olan azərbaycanlı zəvvarın sayı 492-ə çatıb.
Qeyd edək ki, Azərbaycandan zəvvar qrupları 25-31 may tarixlərində Həcc ziyarətinə yola düşürlər. Hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə – səhər saat 11:00-da və axşam saat 17:55-də havaya qalxacaq.