Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Mayamidən (ABŞ) Frankfurta (Almaniya) uçan “Lufthansa” şirkətinə məxsus Boeing 747
Qeyd edək ki, Atlantik okeanı üzərindən uçuş adətən 8-9 saat çəkir, lakin bu dəfə təyyarə cəmi 5 saat 40 dəqiqədən sonra təcili geri qayıdıb
Sfera.az bildirir ki, hadisə LH463 reysli təyyarədə baş verib.
Təyyarə Mayami hava limanından təxminən 17:09-da (yerli vaxtla) havaya qalxıb.
Bir anda özünü halsız hiss edən kapitan ekipajın istirahət zonasına gedib və qəfil huşunu itirib. Ekipaj dərhal səfərbər olub.
İkinci pilot əmri öz üzərinə götürüb və stüardessalar zərərçəkənə ilkin tibbi yardım göstəriblər. Reysin istiqaməti dəyişdirilib.
Təyyarə Kanadaya yönləndirilib. Pis hava şəraiti ilə əlaqədar ekipaj Monreal hava limanına (Kanada) uçmaq qərarına gəlib.
Hava hərəkətinə nəzarətin məlumatına görə, təyyarə enişdən əvvəl qəza siqnalı verib və yanacaq töküb.