Uçuş zolağından çıxan təyyarə divara çırpıldı!

12.04.2025

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Fasın Fəs şəhərində yerləşən Fəs-Sais Hava Limanı yaxınlığında dünən baş verən təyyarə qəzasında 4 nəfər yaralanıb.


Sherg.az xəbər verir ki, eniş zamanı uçuş zolağından çıxan kiçik bir təyyarə hava limanı ətrafındakı divara çırpılıb. Nəticədə ekipaj üzvlərindən 3 nəfər və hadisə yerində olan 1 mülki şəxs yaralanıb.

Rəsmilər hadisə zamanı təyyarədə sərnişin olmadığını və ölüm faktının qeydə alınmadığını açıqlayıblar.

Yaralılar xəstəxanaya aparılıb və müalicəyə cəlb olunub. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью